top of page
Suse banakalar istehsalçısı  olan firması olan "Ahmet firmasının" loqosu. (Şüşə banka)

BİZ KİMİK ?

Bu gün “Əhməd” firması kimi Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda ... (davamı web saytda)

  Bu gün “Əhməd” firması kimi Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda tanınan bir istehsalat müəssisəsinin kökləri əslində 1992 illərə təsadüf edir. 1992-ci ildə
“Xəzər” Səhmdar Cəmiyyətinin nəzdində “AKA” kiçik müəssisəsi kimi fəaliyyət göstərən, Əfqan Əhməd oğlu Əmrahov tərərəfindən təsis edilən müəssisə elə o vaxtdan şüşə qablar istehsalında ilklərə imza atmış bir müəssisə kimi tanınmışdır. Əfqan Əhməd oğlu Əmrahov
Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Fərəcan kəndində dünyaya göz açmışdır, 1992-ci ildən Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır.Çox çətin yollardan keçmiş, istehsalat üçün avadanlıqlarln olmadığı bir dövrdə süfrə mədəniyyətimizin
ayrılmaz hissəsi olan şüşədən bir neçə növ stəkan, nəlbəki,boşqab, meyvə qabları, güldanlar və dolçalar, balon və bankalar istehsal edib,Azərbaycanda belə qablara olan ehtiyac yükünü öz üzərinə götürmüşdür.Daima dəyişmək və inkşaf etmək yollarını arayıb, böyüyən müəsssisə öz yollarını “Xəzər” Səhmdar Cəmiyyəti ilə ayırmış 2003-cü ildə tam müstəqil olaraq
  “Əhməd” Firmasını yaratmışdır.Yarandığı vaxdan daim axtarış, inkşaf yolunu tutan Firma, Çin Xalq Respublikasınin öndə gedən maşınqayırma zavodları ilə müqavilə bağlayaraq,müəssisəyə tam avtomatlaşdırılmış, şüşə balon və bankalar istehsal edən avadanlıqlar gətirmişdir. 1992-ci ildən Əfqan Əhməd oğlu Əmrahovla başlayan ömür yolunu indi onun öğlu Əhməd Əfqan oğlu Əmrahov çox inamla irəliyə doğru aparmaqdadır.Uğurumuzun bir səbəbi, əzmlə bu günün tələblərinə uyğun olaraq durmadan çalışmaqdırsa digər tərəfi kollektivimizə olan inamdır. Təsadüfi deyil ki, 1992-ci ildən bizimlə birlikdə yola çıxan əksər işçilər bu gün də bir yerdə uğurlara imza atmaqdadır.Keçmişə sonsuz hörmətlə yanaşaraq gələcəyimizə inamla addımlayıb bilikli, yerində qərar verməyi bacaran gəncləri də firmamızda görmək qürurvericidir. Bunlardan Direktor müavini Vaqif Əmrahovu və Satış meneceri İlham Zeynalovu da göstərmək olar.
  Bu gün Firmada AHMET brendi ilə tanınan 25 növ müxtəlif tutumlu qablaşdırma və konservləçdirmə üçün nəzərdə tutulan balon,banka,və butılkalar ( kampot,kefir ) istehsal
olunmaqdadır.Ölkəmizin bütün regionlarına çatdırılma ilə yanaşı aparıcı şirkətlər olan Azərsun, Milla Dary MMC, Uzun ömür süd məhsulları MMC ,Zəhmət ruzi MMC, Biləsuvar
aqro MMC, AZZA Aqro QSC, Qoç ət kəndli fermer təsərrüfatı MMC kimi şirkətlərlə əməkdaşlıq etməkdədir.

bottom of page